15 
Noy
2019
15:03
189
110
2824
Virtual karabakh

İsrailli yazıçı: Azərbaycanlılarla mehriban münasibətlərimizin əsasını Alfred Nobel qoyub

15 Noy, 2019
15:03
2824

İsrailli yazıçı: Azərbaycanlılarla mehriban münasibətlərimizin əsasını Alfred Nobel qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin rusdilli “Artikl” jurnalının baş redaktoru, yazıçı Yakov Şexter stmegi.com portalına müsahibə verib:

- Azərbaycanla-İsrailin mədəniyyət sahəsində əlaqələrini necə qiymətləndirirsiniz?

- Eşitdiyim qədərilə, azərbaycanlılarla israillilərin mehriban münasibətlərinin əsasını Alfred Nobel qoyub. O, tikinti işlərini aparmaq üçün yəhudi inşaatçıları, müəssisələrdə çalışmaq üçün yəhudi mühəndisləri, işçiləri müalicə etməkdən ötrü yəhudi həkimləri Bakıya dəvət edib. Bu şəxslər azərbaycanlı ziyalılar arasında böyük hörmət qazandılar. Bununla da əlaqələr genişlənməyə başladı. 

Bu baxış bucağının, əlbəttə, yaşamağa  haqqı var, kiçik bir şərtlə ki, yəhudilər Azərbaycanda Nobeldən daha əvvəl məskunlaşıblar. Eyni zamanda, qeyd etməliyik ki, yeni gələnlərin yaşayışı, adətləri yerli əhali tərəfindən heç də xoş münasibətə səbəb olmur. Düşünürəm ki, burada səbəb fərqlidir. 

Birincisi, Azərbaycan mədəniyyəti qədim zamanlarda milli-dini deyil, milli-liberal idi. Həlim, xeyirxah mentalitet dialoqa, qarşılıqlı açıqlığa, Şərq üçün unikal multikultural müstəviyə səbəb olurdu. Bu fakt təkcə yəhudilərə deyil, bu ərazilərdə yaşayan digər millətlərə də şamil oluna bilər. 

Yəhudilərə gəldikdə, mümkündür ki, burada ümumi filoloji meyl də özünü göstərib. Füzuli, Nəsimi, Nizami, Xətai kimi mütəfəkkirləri olan xalqın kitab xalqı hesab edilən yəhudilərlə əlaqələrə meyl etməsi təbiidir. 

Beləliklə münasibətlər bu günə qədər gəlib çıxıb. Bu özünü hərbi, ticari, mədəniyyət və turizm sahəsində göstərməkdədir. 

Mənim Bakıdan dönən dostlarım təkrar-təkrar xatırladırlar: Bakı bizim Tel-Əviv deyil, mədəniyyətlə zəngin və çox təhlükəsizdir. 

- Azərbaycanda dağ yəhudilərinin icması yaşayır. Sizə bu barədə nə məlumdur? 

- Qırmızı Qəsəbənin qızıl günləri çoxdan keçib. Quba yəhudiləri təcrid olunmuş şəraitdə yaşamağa meyl etmir. Bizim xalq hər zaman dinamik düşüncəyə sahib olub. Bu səbədən qloballaşan zamanımızda qubalılar uğurlu biznesmenlərə çevrildilər.

Qırmız Qəsəbədə evlərini təmir edən yəhudilərin əməli gələcəyə deyil, öz tarixi keçmişlərinə qoyulan sayğıya yönəlikdir. Azərbaycan dövləti yəhudiləri öz xalqının bir hissəsi hesab edir. Və bu, təkcə şüar deyil. Qırmızı Qəsəbədə dövlət hesabına təmir edilən qədim sinaqoq, eyni zamanda, inşa edilməkdə olan yeni sinaqoq buna əyani sübutdur. 

- Hazırda Qırmızı Qəsəbədə dünyada ilk dəfə olaraq dağ yəhudilərinin muzeyi yaradılır. Onun açılışı ikitərəfli münasibətlərə necə təsir edəcək?

- Demək olar ki, Qubanın özü get-gedə açıq hava altında salınan muzeyə bənzəyir. Yəhudilər öz kiçik vətənləri hesab etdikləri Qırmız Qəsəbədən nə qədər uzaq düşsələr də, ürəklərində yaşatdıqları, ulu babalarının vətəninə qayıtmağa hər zaman meyl göstərirlər.

Xalqımızın nümayəndələri hər il öz övladlarını, nəvələrini “Qafqazın Yerusaliminə” gətirir. Və uzun illər bu ənənə davam edəcək, çünki sevgi, yaddaş və nisgil bütün dəmir zəncirlərdən möhkəmdir. Hesab edirəm ki, dağ yəhudilərinin muzeyi iki xalq arasında olan münasibətlərin möhkəmlənməsinə və İsraildən gələn turist axınına səbəb olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri