15 
Noy
2019
14:44
92
53
2711
Virtual karabakh

APA 15 yaşında - Oxu.Az təbrik edir

15 Noy, 2019
14:44
2711

APA 15 yaşında - Oxu.Az təbrik edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azəri-Press Agentliyinin (APA) yaranmasının 15 ili tamam olur.

APA 2004-cü il noyabrın 16-da fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis dillərində xidmət göstərir.

Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Agentlik həftənin bütün günləri üç dildə ümumi, iqtisadi bülletenlər hazırlayır, foto və video xidməti göstərir.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya respublikalarında ofisləri fəaliyyət göstərir. 

Oxu.Az olaraq APA İnformasiya Agentliyinin əməkdaşlarını təbrik edir, həmkarlarımıza uğurlarının davamlı olmasını arzulayırıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri