15 
Noy
2019
19:45
65
210
3953
Virtual karabakh

Ölkəmizə gətirilən avtomobillərin sayında artım olub

15 Noy, 2019
19:45
3953

Ölkəmizə gətirilən avtomobillərin sayında artım olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu rəqəm 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 16121 ədəd və yaxud 83,4% (2 dəfəyə yaxın) çoxdur.

Cari ilin 10 ayı ərzində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 262 ədəd və yaxud 2,5 dəfə artaraq 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 14 589 ədəd və yaxud 84,1 % artaraq 31 934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 212 ədəd və yaxud 70,4 % artaraq 2 934 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 58 ədəd və yaxud 64,4 % artaraq 148 ədəd olub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri