16 
Noy
2019
13:59
12
176
4532
Virtual karabakh

“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

16 Noy, 2019
13:59
4532

“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.

Report xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.

İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Hələlik hadisənin səbəbi bəlli deyil.

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri