18 
Noy
2019
12:21
38
303
6442
Virtual karabakh

Azərbaycanlı jurnalistlər bu gün Yerevana gedir?

18 Noy, 2019
12:21
6442

Azərbaycanlı jurnalistlər bu gün Yerevana gedir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun da Ermənistana gedəcəyi gözlənilir.

Noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbəri “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləmişdi. 

Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi.

Modern.az erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin, azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyə çalışıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə olmadığını bildirib:

“Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələyə heç bir şərhinin olmadığını bir daha qeyd edib:

“Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də, azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə məsələyə münasibət bildirəcəyini deyib:

“Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə yaxın saatlarda cavabım olacaq”.

Qeyd edək ki, erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.

Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri