19 
Noy
2019
05:09
23
115
7073
Virtual karabakh

Sürət yarışına çıxan “Hyundai” 2 maşına çırpılaraq aşdı - FOTO/VİDEO

19 Noy, 2019
05:09
7073

Sürət yarışına çıxan “Hyundai” 2 maşına çırpılaraq aşdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması zamanı 2 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, Moskva prospektindəki körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən “Kia” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən “Hyundai” aşıb, sürücü isə hadisə yerindən yayınıb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Qəzaya uğrayan “Mercedes”in sürücüsünün Baku TV-yə verdiyi məlumata görə, “Hyundai” və “Kia” avtomobillərinin sürücüləri eyni istiqamətdə sürət yarışına çıxıb və qəza elə bu zaman baş verib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri