19 
Noy
2019
11:31
12
285
5576
Virtual karabakh

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

19 Noy, 2019
11:31
5576

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs tutulub. 

Belə ki, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Bölmə əməkdaşları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron trayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri