19 
Noy
2019
14:27
26
357
5193
Virtual karabakh

Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı - FOTO/VİDEO

19 Noy, 2019
14:27
5193

Yeni çəkilən Bakı-Şamaxı-Yevlax yolunda çatlar yarandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib. 

Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.

Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri