19 
Noy
2019
17:00
188
37
5887
Virtual karabakh

Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

19 Noy, 2019
17:00
5887

Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə onun oğlu Təbriz Gülaliyev öz “Facebook” hesabında məlumat verib.

“Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə o qeyd edib.

Qeyd edək ki, O.Gülalıyev Türkiyənin “Avrasiya” Klinikasında müalicə olunurdu. 

O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri