20 
Noy
2019
12:51
12
130
2075
Virtual karabakh

Bakıda iki yeniyetmə yoxa çıxdı

20 Noy, 2019
12:51
2075

Bakıda iki yeniyetmə yoxa çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının iki rayonunda yeniyetmələr itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb.

Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı onun valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri