20 
Noy
2019
17:35
55
413
15925
Virtual karabakh

Bakıda gəlin maşını yandı - YENİLƏNİB + VİDEO

20 Noy, 2019
17:35
15925

Bakıda gəlin maşını yandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bakıda yanan avtomobil ilə bağlı rəsmi məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Nazirliyin məlumatında hadisənin Bakı şəhərinin Xəzər rayonu, H.Əliyev küçəsində qeydə alındığı bildirilib.

Belə ki, qeyd edilən ünvanda “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:33

Bakıda gəlin maşını yanıb.

APA-nın məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Hadisə zamanı toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri