21 
Noy
2019
00:43
9
135
4467
Virtual karabakh

Təmir qonşular arasında mübahisə yaratdı: Bir ailə evsiz qaldı - VİDEO

Xəzər rayonunu Buzovna qəsəbəsində, Ramin Əliyev küçəsi ev 12-də yaşayan Məmmədovlar ailəsinin şikayəti yaşadıqları ikimərtəbəli binanın birinci mərtəbəsində obyekt tikmək istəyən şəxsdəndir.

Ailə iddia edir ki, birinci mərtəbədə ev alan Quliyev Həsən evin əsas divarlarını sökdüyü üçün onların evi qəzalı vəziyyətə düşüb. Hazırda məcburən qohumlarının evinə köçən ailə qarşı tərəfdən yeni ev tələb edir.

Ailə ilə danışdıqdan sonra məsələnin kökünü öyrənmək üçün söküntü aparılan evə yollanaraq qarşı tərəflə söhbət etdik. Bizə verilən cavab isə belə oldu: 

“Ev əvvəldən qəzalı olub, onlar sadəcə mənim hesabıma yeni ev almaq istəyirlər”.

Sonda hər iki tərəfin qarşı-qarşıya söhbəti də mübahisə ilə bitdi.

Sail Ağasəlim

Vasif Miradəmoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri