21 
Noy
2019
04:54
8
210
6157
Virtual karabakh

Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO/VİDEO

21 Noy, 2019
04:54
6157

Bakıda qəza törədən sürücünün hər iki ayağı sındı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Rüstəm Rüstəmov küçəsində, yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb.

23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi “Lada” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn 34 yaşlı Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.

Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri