21 
Noy
2019
12:47
135
30
5639
Virtual karabakh

Nazirlik “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasını istəyir - MƏHKƏMƏ

21 Noy, 2019
12:47
5639

Nazirlik “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasını istəyir - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Gilan Holding” MMC-ni məhkəməyə verib. 

Oxu.Az xəbər verir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi irəli sürüb. 

İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub. 

Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. 

Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron
məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Qeyd olunanlara əsasən, məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə
“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə
göndərilmədiyindən geri qaytarılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri