21 
Noy
2019
11:55
43
17
2001
Virtual karabakh

Məhkəmə “Techno Aqro” şirkətini 42 min dollar cərimələdi

21 Noy, 2019
11:55
2001

Məhkəmə “Techno Aqro” şirkətini 42 min dollar cərimələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Techno Aqro” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Oxu.Az xəbər verir ki, palata tərtib etdiyi protokolu baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, barəsində 42 min dollar cərimə məbləğində cərimələnməsi haqda qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri