21 
Noy
2019
12:18
87
33
2715
Virtual karabakh

DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

21 Noy, 2019
12:18
2715

DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən Oxu.Az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün İdarə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.

Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.  

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri