21 
Noy
2019
13:59
19
88
5007
Virtual karabakh

Məhkəmədən cərimələnən “Gilan Holding”lə bağlı - QƏRAR

21 Noy, 2019
13:59
5007

Məhkəmədən cərimələnən “Gilan Holding”lə bağlı - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində cərimələnən “Gilan Holding” MMC tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib, icraata xitam verilib. 

Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Gilan Holding” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Palata tərtib etdiyi protokolu baxılması üçün Yasamaı Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, barəsində 2200 ABŞ dolları məbləğində cərimələnməsi haqda qərar çıxarıb.

Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri