22 
Noy
2019
14:42
16
224
2472
Virtual karabakh

Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

22 Noy, 2019
14:42
2472

Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, gecikməyə səbəb bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində yaranmış nasazlıq olub. 

Yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri