22 
Noy
2019
15:09
22
242
7494
Virtual karabakh

Bakıda maşınların üstünə kərpic atdılar - FOTO/VİDEO

22 Noy, 2019
15:09
7494

Bakıda maşınların üstünə kərpic atdılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda qəribə hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən “VİTR- Fitness” fitnes klubun yaxınlığında, “Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib.

Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır:

“Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.

Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.

Könül Cəfərli  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri