24 
Noy
2019
17:40
41
644
32922
Virtual karabakh

BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO/VİDEO

24 Noy, 2019
17:40
32922

BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.

BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri