29 
Noy
2019
12:43
99
35
7019
Virtual karabakh

Prokuror kriminal avtoritetə ağır cəza tələb etdi

29 Noy, 2019
12:43
7019

Prokuror kriminal avtoritetə ağır cəza tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Rafael Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror çıxış edib. 

O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. 

Prokuror R.Hüseynovun yeddi il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, kriminal avtoritet kimi tanınan 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.

R.Hüseynov ittihamla özünü təqsirli bilmir.

O, daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri