Dek
2019
17:28
186
21
6016
Virtual karabakh

SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir

1 Dek, 2019
17:28
6016

SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb. 

SOCAR-dan “Report”a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb. 

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək.  

Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib.  

Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir.  

Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri