Dek
2019
12:00
37
28
3380
Virtual karabakh

“Hyundai” avtomobillərinin orijinal ehtiyat hissələri ilə bağlı - VİDEO

2 Dek, 2019
12:00
3380

“Hyundai” avtomobillərinin orijinal ehtiyat hissələri ilə bağlı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələrinin əhəmiyyətini əks etdirən növbəti video yayımladı. 

“Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələri və rəsmi servis mərkəzlərinin əhəmiyyətini vurğulamaq üçün məhşur rəy lideri Taleh Yüzbəyovla bir neçə çarx çəkmişdi. Çəkilən videolarda müxtəlif səbəblərdən qeyri-orijinal ehtiyat hissələrindən istifadə edən və məcəraları uğursuz sonluqla bitən qəhrəmanlar təsvir olunmuşdu. “Auto Azerbaijan” şirkəti eyni mövzuya başqa bir rakursdan yanaşaraq orijinal ehtiyat hissələrinin əhəmiyyətini vurğulamağa çalışıb. 

“Hyundai Motor Company”, hazırda avtomobil istehsalı, mühəndislik, inşaat, gəmiqayırma, polad, neft-kimya, maşınqayırma, aviasiya, elektronika və maliyyə kimi bir çox sektorda fəaliyyət göstərən “Hyundai” Şirkətlər Qrupunun ən böyük və ən mühüm qollarından biridir.

1967-ci ildə qurulan “Hyundai Motor Company” bu gün avtomobil istehsalında Koreyanın mübahisəsiz lideri, dünyanın isə aparıcı avtomobil istehsalçılarından biridir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri