Dek
2019
15:32
89
27
3216
Virtual karabakh

Esmira Alməmmədova: İİV barədə utanıb danışmasaq, virusun yayılma halları artacaq

2 Dek, 2019
15:32
3216

Esmira Alməmmədova: İİV barədə utanıb danışmasaq, virusun yayılma halları artacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İİV virusunun cinsi yolla keçmə halı getdikcə artır.

Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərini artırmaq lazımdır:

“Biz bu barədə utanıb danışmasaq, virusun cinsi yolla yayılma halları daha da artacaq. Cavanların cinsi həyatı aktivdir, ancaq nə qədər məlumatlıdırlar? 

Bir müddət öncə üç gənc tələbə seks biznesilə məşğul olan qadının yanına gedib və o üç nəfərdən biri yoluxub. Təəssüf ki, kitab oxuyan gənclərimiz belə bu barədə məlumatsızdır”.

“Yoluxmanın qarşısını almaq çox sadədir. Ancaq mən çox təəssüflənirəm ki, onlar bu barədə məlumatlanmaq istəmirlər”, - deyə direktor qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri