Dek
2019
22:12
21
291
10162
Virtual karabakh

Övladını məktəbdən götürməyə gedən gənc ana yoxa çıxdı - FOTO

2 Dek, 2019
22:12
10162

Övladını məktəbdən götürməyə gedən gənc ana yoxa çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaxda 30 yaşlı qadın itkin düşüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Qax şəhər sakini 30 yaşlı Bahar Cəmilova bugün günorta saatlarında övladını məktəbdən götürmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Anasının gəlmədiyini görən uşaq tək başına evə qayıdıb.

Bahar Cəmilova evdən gedərkən əynində yaşıl rəngli, boynu tüklü gödəkcə, ayağında idman ayaqqabısı olub. Boyu 164 sm-dir.

Həyat yoldaşı B.Cəmilovanın evdən çıxarkən qızılları da özü ilə apardığını iddia edir. Lakin qadının şəxsiyyət vəsiqəsi evdədir.

Artıq B.Cəmilovanın itkin düşməsi ilə bağlı yaxınları Qax Rayon Polis şöbəsinə müraciət ediblər.

Onu görənlərdən aşağıdakı mobil nömrə ilə əlaqə saxlamaları xahiş olunur. 055-830-34-65

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri