Dek
2019
09:41
17
103
3768
Virtual karabakh

Velosiped haradadır?

3 Dek, 2019
09:41
3768

Velosiped haradadır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

Əslində, “heç hənanın yeridir?” sualı verənləri anlayıram. 

Gündəm o qədər əhəmiyyətli hadisələrlə zəngindir ki, fransız diplomatın oğurlanan velosipedindən yazmasaq da, olardı. 

Amma gündə, ayda, ildə neçə ədəd velosiped oğurlana bilər Bakıda? 

Yəni oğurlanan azsaylı velosipeddən biri mütləq hanısa xarici dövlətin nümayəndəliyinin əməkdaşının olması diqqətimi çəkdi. 

Əvvəlcə onu deyim ki, oğrunun bəxti gətirməyib. 

Velosiped oğurlayasan, o da diplomat velosipedi. 

Amma digər tərəfdən, oğru adi hesab-kitab aparsaydı, bilərdi ki, bizimkilər hələ velosipedlə qonaq-qara içinə çıxmırlar. 

Yəni ikitəkərli insanlıq icadını Bakı küçələrində istifadə edənlərin böyük qismi elə əcnəbilərdir. 

Bizimkilərin böyük qisminin velosipedlə münasibəti isə kirayə velosipedlərlə Dənizkənarı Bulvarda az qala adamların üstündən keçməklə məhdudlaşır. 

Təbii ki, bu hamıya aid deyil. 

Sağlamlığın, ekologiyanın dostu olan velosipedi sevənlər, düzgün istifadə edənlər də var aramızda.  

Ancaq qayıdaq hənaya. Daha doğrusu, velosiped oğrusuna... 

Düşünün, bu günlərdə insanların böyük hissəsi QİÇS-lə mübarizə haqqında məlumatlara diqqət yönəldir. 

Dünyanın bir hissəsi isə Çində dizel və benzinin qiymətinin qalxmasının ucuz məhsulların azalması, Çin mallarının qiymətinin bahalaşması ilə bağlı götür-qoy edir. 

Ölkəmizin siyasi gündəmi də zəngindir. Yəni bizi də düşündürən məsələ çoxdur. 

Siyasət bir tərəfə, küləklər şəhərinin ağacları şəhərimizin şanına yaraşan “mətanət” nümayiş etdirə bilmirlər. 

Bir balaca külək sürətini artıran kimi, avtomobillərin üstünə düşən ağaclar da gündəm yaradır. 

“Küləklər şəhərinin ağaclarından gözləməzdim”, - deyib, aidiyyəti qurumların, şəhər küçələrində olan ağaclara daha diqqətli baxmasının vacibliyini də qeyd etməyəcəm. 

Heç “Mütləq o ağaclardan biri, bir adamın üstünə düşməlidir ki, məsələni gündəmə gətirək?” sualını da vermək istəmirəm. 

Çünki belə vacib məsələrin fonunda oğurlanan velosipeddən yazmaq istəmək, kənardan sizə  bekarçılıq əlaməti kimi də görünə bilinər. 

Amma bunu siz fransız diplomatın dərdinə şərik çıxmaq istəyi kimi qiymətləndirin. 

Bir də velosiped oğurlayana bir deyən lazımdır ki, velosiped oğurlamağın yox, sürməyin çox faydası var. Sağlamlığa, ətraf mühitə həm də pul yığmağa... 

 İndi görəsən, velosiped haradadır?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri