Dek
2019
14:09
44
93
3031
Virtual karabakh

Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər

3 Dek, 2019
14:09
3031

Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı miqrantlar saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, saxlanılan dörd miqrantın ikisi azərbaycanlı, ikisi isə Özbəkistan vətəndaşı olub.

Qanunsuz miqrantlar yaşayış yerlərində sənədlərin yoxlanılması zamanı saxlanılıblar.

Onlar qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmaqda və yol-hərəkət qaydaları pozmaqda ittiham olunurlar. 

Federal məhkəmənin məlumatına görə, onlar Rusiyadan deportasiya edilib və beş il müddətində bu dövlətin ərazisinə gələ bilməzlər.

Məhkəmə icraçıları miqrantları sərhəd-buraxılış məntəqəsində sərhədçilərə təhvil veriblər.

Günel Murad

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri