Dek
2019
13:12
89
11
2690
Virtual karabakh

Xarici dil üzrə beynəlxalq dil sertifikatları olanlar doktoranturaya qəbul imtahanından azad ediləcəklər

3 Dek, 2019
13:12
2690

Xarici dil üzrə beynəlxalq dil sertifikatları olanlar doktoranturaya qəbul imtahanından azad ediləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər. 

Oxu.Az xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib. 

Onun sözlərinə görə, bu ilin oktyabrında “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” qaydalarında dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş formada xarici dil imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən, fəlsəfə imtahanlarının isə müəyyən olunmuş bir və ya bir neçə təhsil və elmi  müəssisələrində keçirilməsi nəzərdə tutulub:

“Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri