Dek
2019
17:35
53
176
6416
Virtual karabakh

Bakıda təcili tibbi yardım maşını cərimələndi - FOTO

3 Dek, 2019
17:35
6416

Bakıda təcili tibbi yardım maşını cərimələndi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonu, Gəncə prospektində hərəkət edən operativ nəqliyyat vasitəsi cərimələnib.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkədə yayılan protokola əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

Belə ki, 90 JD 726 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı təcili tibbi yardım maşını İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimələnib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri