Dek
2019
11:27
18
222
10806
Virtual karabakh

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB + FOTO

4 Dek, 2019
11:27
10806

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlıda qatar və avtomobilin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı ölən şəxlər Sabirabad rayonundan olan – sürücü, Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu, sərnişin, Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Fakt araşdırılır.

10:55

“Azərbaycan Dəmir Yolları” QSC Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə saat 09:40 radələrində baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil  elektrovozla toqquşub.

Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. 

10:43

Saatlıda baş verən qəzada yaralanan şəxs ölüb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qatarla avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, digəri yaralanıb. 

Vəziyyəti ağır olan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

10:25

Saatlıda qatar avtomobillə toqquşub. 

Oxu Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb. 

Məlumata görə, qatar “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sabirabadlı olduğu bildirilən bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

10:01

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, bir nəfər hadisə yerində ölüb, bir nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri