Dek
2019
13:19
71
66
5263
Virtual karabakh

Candargöldə itkin düşmüş balıqçıların meyitləri tapıldı - YENİLƏNİB + VİDEO

4 Dek, 2019
13:19
5263

Candargöldə itkin düşmüş balıqçıların meyitləri tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-də Azərbyacanla Gürcüstan sərhədində yerləşən Candargöldə itkin düşmüş balıqçıların meyitləri aşkar edilib.

Oxu.Az xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti yayıb. 

Qeyd edək ki, Candargöldə balıq tutmaq istəyən iki nəfər balıqçının qayığı əsən şiddətli küləkdən sonra gözdən itmişdi. Azərbaycanla Gürcüstan tərəfi itən balıqçıları birgə axtarırdı.

12:27

Azərbaycan və Gürcüstandan olan xilasedicilər iki ölkənin sərhədində yerləşən Candargöldə dekabrın 2-də itkin düşən balıqçıların axtarışlarını davam etdirirlər. 

Xatırladaq ki, hadisə şahidlərinin verdiyi məlumata əsasən, iki nəfər şəxs qayıqla balıq tutmağa yollanıblar. Lakin əsən şiddətli küləkdən sonra balıqçılardan heç bir xəbər yoxdur. 

Oxu.Az Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, axtarışlara 55 xilasedici cəlb edilib.

Ötən gecə dalğıcların gölün dərinliklərində apardıqları axtarış da nəticə verməyib. Axtarışlara havadan dəstək verilir, gölün ərazisinə dron və helikopter cəlb edilib.

Artıq Candargölün 80 faiz ərazisində axtarış işləri yekunlaşıb. Prosesdə Azərbaycan xilasediciləri də iştirak edib. Əldə olunan razılığa əsasən, gürcü xilasedicilər Azərbaycan tərəfə keçərək, yerli xilasedicilərlə birgə axtarış işlərində iştirak edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri