Dek
2019
12:22
73
15
3224
Virtual karabakh

“Baklift-2”nin sabiq rəisi məhkəmə qarşısında

4 Dek, 2019
12:22
3224

“Baklift-2”nin sabiq rəisi məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 11-ə təyin olunub.

Qeyd edək ki, “Lifttəmir” İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş R.Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirlir.

İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.

R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri