Dek
2019
12:50
117
449
5011
Virtual karabakh

Misir Mərdanov da deputat olmaq istəyir

4 Dek, 2019
12:50
5011

Misir Mərdanov da deputat olmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərdə bir sıra “sürpriz” namizədlərin olacağı istisna edilmir. Bu namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanovun da adı çəkilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Misir Mərdanov deputat olmaq arzusunu gizlətməyib:

“Bəli, mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir.

Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib. Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”.

“YAP-dan namizədliyinizin veriləcəyini gözləyirsiniz?” sualına isə M.Mərdanov “İnşallah, Allah qoysa...”, - cavabını verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri