6 
Dek
2019
03:50
17
174
6527
yuxarı
Arxadan gələn maşına yol vermədi: qəzada ana və azyaşlı uşaq yaralandı - FOTO/VİDEO
6 Dek, 2019
03:50
6527
17
174
Arxadan gələn maşına yol vermədi: qəzada ana və azyaşlı uşaq yaralandı - FOTO/VİDEO
Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında baş verib.
Belə ki, “Qazel” markalı yük maşını geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını arxadan gələn “Honda” markalı avtomobili gözləmədiyindən ona çırpılıb.
Qəza nəticəsində “Honda”da olan azyaşlı və onun anası, 1989-cu il təvəllüdlü Aysel Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
A.Məmmədovaya sağ qolun əzilmiş yarası diaqnozu qoyulub.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Kamil Əmirli, Elşad Mətləboğlu
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
23 
Apr
2024
23:16
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
5
42
362
23 
Apr
2024
22:08
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
11
93
1358