Dek
2019
11:45
13
60
2292
Virtual karabakh

FREYWILLE ilə nağıl əhvalı: Avstriya zərgərlik evinin Bakı butikində Yeni il aksiyasına start verilir - FOTO

6 Dek, 2019
11:45
2292

FREYWILLE ilə nağıl əhvalı: Avstriya zərgərlik evinin Bakı butikində Yeni il aksiyasına start verilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabr ayının yeni qədəm qoymasına baxmayaraq, Bakıda artıq Yeni il bayramının ruhunu sezmək olur – paytaxtın vitrinləri qirlyandlar, küçələri isə zibalı şam ağacları ilə bəzədilib.

Yeni il ərəfəsinə təsadüf edən qaçhaqaç hələ indi start götürür və bizim hər birimizin doğmalarımıza, yaxınlarımıza, əzizlərimizə hədiyyə almaq üçün kifayət qədər vaxtımız var. Yeni ildə təqdim edəcəyiniz şəxsin 100% bəyənəcəyi, hədiyyəni seçmək isə razılaşın ki, o qədər də asan deyil.

Vitrinlərin önündə ideal Yeni il hədiyyələrinin axtarışı ilə bağlı düşüncələrə qərq olmamağınız üçün FREYWILLE Avstriya zərgərlik evi gələn həftədən Port Baku Mall-un birinci mərtəbəsində yerləşən FREYWILLE butikində start götürəcək xüsusi aksiya barədə elan edir.

Dekabrın 10-da başlayacaq aksiyanın mahiyyəti ondan ibarətdir ki, bu dönəmdə FREYWILLE-in yüksək keyfiyyətə malik zinət əşyalarını daha sərfəli qiymətlərlə əldə etmək imkanınız olacaq. Zinət əşyalarının çeşidlərinə hansı endirimlərin tətbiq edildiyini butikimizi ziyarət edərək biləcəksiniz.

Çünki xüsusi Yeni il aksiyası hər gün yenilənərək, alıcılara yeni və yeni xoş bayram sürprizləri təklif edəcək.

Sizə doğma və yaxın olan insanlar sizdən hədiyyə qismində əl işi olan FREYWILLE zinət əşyaları aldığı təqdirdə, onların Yeni il əhvalı daha əsrarəngiz və əfsanəvi olacaq, çünki sayrışan gözqamaşdırıcı rənglərlə bərq vuran bu zinət əşyaları sizin Yeni ilinizi daha parlaq və unudulmaz edəcək.

Xüsusilə qeyd etmək istərdik ki, FREYWILLE-in Yeni il aksiyası Bakı butikində təqdim olunan bütün məhsullara şamil edilir – həm yeni, həm də ötən zərgərlik kolleksiyalarına və tekstil aksesuarları olan müxtəlif dizayna və ölçüyə malik dəbdəbəli ipək şallara. Xariqüladə fransız rəssam Pol Qoqen, onun görkəmli həmyerlisi və həmkarı olan impressionist Klod Mone, postimpressionizmin ən parlaq təmsilçilərindən biri olan Vinsent Van Qoqdan ilham alan FREYWILLE-in zinət əşyaları kolleksiyaları, həmçinin minimalistik və lətafətli “KARE” seti – Yeni il aksiyası zamanı FREYWILLE-in Bakı butikini ziyarət edərək, özünüzü, yaxınlarınızı və doğmalarınızı sevindirəcək məhsulların az bir hissəsidir.

FREYWILLE-in rəssamlar komandasının işi incəsənətə sevgi və dizayn ustalığı kimi mühüm aspektlərə arxalanır – FREYWILLE-in bir çox kolleksiyası dahi rəssamların yaradacılığından ilhamlanmanın nəticəsidir, lakin bununla birgə, onlar unikal interpretasiyaya malik müstəqil incəsənət əsərləridir. Digər kolleksiyaların əsasında isə müxtəlif fəlsəfi humanistik ideyalar durur, onların hamısı tamami ilə fərqlidir, lakin hamısının ərsəyə gəlməsində əsl incəsənətə pərəstiş kimi bir sarsılmaz amil var.

FREYWILLE-in hər zərgərlik şah əsərinin unikal xüsusiyyəti, xüsusi texnologiya ilə hazırlanan və yüksək temperaturda yandırılmaya məruz qalan qiymətli şirədən ibarətdir. Təsəvvür edin ki, bir plastin şirənin hazırlanması yüzə yaxın istehsal prosesi tələb edir. Dizayn mərhələ-mərhələ əlavə edilir, hər rəng əlavə edildikdən sonra şirə dəfələrlə yandırılma proseduruna məruz qalır və bu maksimal olaraq zəngin rənglərə və möhtəşəm parıltıya nail olmağı təmin edir. Yalnız bundan sonra şirə döşəməsini zinət əşyasının sağanağına həkk edirlər.

FREYWILLE-in bütün bəzək və aksesuarları, gizli istehsal texnologiyasının təlimini almış Vyanalı peşəkar rəssamların əl işidir. Onların ustalığı və yaradıcılıq sevdası FREYWILLE-in zinət əşyalarının ən yüksək keyfiyyətdə olmasının əsas təminatıdır.

Sadalanan və digər yenilikləri Port Baku Mall-un birinci mərtəbəsində yerləşən FREYWILLE butikində əldə etmək olar – sizə maraqlı olan bütün məlumatları +994 12 464 07 55 əlaqə nömrəsi, [email protected] elektron poçt ünvanı və bu linkə keçərək, brendimizin rəsmi saytından öyrənə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri