Dek
2019
13:06
160
42
9885
Virtual karabakh

Şaxta olacaq, qar yağacaq

6 Dek, 2019
13:06
9885

Şaxta olacaq, qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri