Dek
2019
23:46
11
146
3625
Virtual karabakh

Nərimanov rayonunda zəncirvari qəza baş verib - FOTO/VİDEO

6 Dek, 2019
23:46
3625

Nərimanov rayonunda zəncirvari qəza baş verib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkətdə olan və Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə “VAZ 2107”yə, daha sonra isə Hüseynov Bəxtiyar Firudin oğlunun idarə etdiyi “Jeep” və Murtuzayev Məmməd Murtuza oğlunun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə zamanı avtomobillərin motor hissəsi zədələndiyindən nəqliyyat vasitələrinin yağı yola dağılıb.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri