Dek
2019
22:34
220
13
4069
Virtual karabakh

FHN əməkdaşları dənizə düşən şəxsi xilas etdilər

6 Dek, 2019
22:34
4069

FHN əməkdaşları dənizə düşən şəxsi xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə Səbail rayonu ərazisində dənizə düşən şəxsi xilas ediblər.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, 1990-cı il təvəllüdlü Kamil adlı gənc oğlan Dənizkənarı Bulvar ərazisində özünü dənizə atıb. Ona ilkin tibbi yardım göstərilib. 

 
 
 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri