Dek
2019
14:37
45
337
14958
Virtual karabakh

Azərbaycanda vəzifəli şəxs qəza törətdi: Arvadı öldü

8 Dek, 2019
14:37
14958

Azərbaycanda vəzifəli şəxs qəza törətdi: Arvadı öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri