Dek
2019
15:25
20
163
3781
Virtual karabakh

Avropada azərbaycanlını yaşadığı evdə döydülər

9 Dek, 2019
15:25
3781

Avropada azərbaycanlını yaşadığı evdə döydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyada azərbaycanlının yaşadığı evə basqın olub.

Dekabrın 6-da səhər saat 06:44-də Avstriyanın Lints şəhərində dörd nəfər avstriyalı 22 yaşlı azərbaycanlının yaşadığı evə basqın ediblər.

Oxu.Az-ın xəbərinə görə, onlar mənzilin qapısını xüsusi alətlə sındırıb açmaq istəyərkən azərbaycanlı gənc özü qapını açıb.

Həmin şəxslər onu mənzilin içinə doğru itələyərək otağa daxil olublar və azərbaycanlını döyüblər. Lakin 22 yaşlı azərbaycanlı onların əlindən çıxaraq mənzilin pəncərəsindən qaça bilib və kömək çağırıb.

Bundan sonra dəstə üzvlərindən ikisi hadisə yerindən qaçıb, dəstənin 16 və 19 yaşlı iki üzvü saxlanılıb. 19 yaşlı qız mənzilin çarpayısında tutulub. 16 yaşlı oğlan pəncərədən qaçaraq binanın damına çıxıb və polisləri özünü atacağı ilə hədələyib.

Yanğınsöndürənlər binanın aşağısına hava yastığı gətirdikdən sonra 16 yaşlı oğlan təslim olub.

Onların hər ikisi ifadələrində 22 yaşlı azərbaycanlının evində narkotik saxladığını bildikləri üçün evə basqın etdiklərini deyiblər.

Hazırda yerli mətbuatda istintaqın dəstənin hadisə yerindən qaçan iki üzvünü axtardığı və azərbaycanlının narkotik daşıyıcısı olub-olmadığının araşdırıldığı yazılır.

Günel Murad

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri