Dek
2019
13:18
24
95
2171
Virtual karabakh

Azərbaycanda məmurun evinə basqın edən şəxs hakim qarşısına çıxarılır

9 Dek, 2019
13:18
2171

Azərbaycanda məmurun evinə basqın edən şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quldurluq etməkdə təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi yenidən məhkəməyə göndərilib. 

Oxu.Az xəbər verir ki, cinayət işinə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Nural Əliyevin icraatına verilib. 

Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Qazax şəhərinin Bakı küçəsində yerləşən evə basqın edən maskalı şəxs ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

İş üzrə zərərçəkmiş 2017-ci ilədək Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Fərman Nağdaliyevin həyat yoldaşıdır. 

V.Rəsulova Cinayət Məcəlləsinin 181.2.3-cü, (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq) 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham verilib. 

Onu da xatırladaq ki, bu iş ibtidai istintaq başa çataraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Məhkəmənin hazırlıq iclası işi yenidən ibtidai istintaqa qaytarmışdı. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri