10 
Dek
2019
11:05
28
115
6216
Virtual karabakh

Nazir müavini Bakıda yanğın baş verən ərazidə

10 Dek, 2019
11:05
6216

Nazir müavini Bakıda yanğın baş verən ərazidə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında güclü yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

E.Mirzəyev yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlar verib. 

Qeyd edək ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin üç helikopteri cəlb olunub.
Hadisə yerinə Səhiyyə Nazirliyi tərəfindən beş briqada cəlb olunub. Altı nəfərə yerində yardım göstərilib.

İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri