10 
Dek
2019
23:42
19
454
32431
Virtual karabakh

Bakıda bədbəxt hadisə: İki tələbə öldü - YENİLƏNİB + FOTO

10 Dek, 2019
23:42
32431

Bakıda bədbəxt hadisə: İki tələbə öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Belə ki, daş bazarı adlanan ərazidə “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qarşısına 2 nəfər çıxıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sözügedən yolda işıqlanma zəif olduğuna görə, yük maşını piyadaları görməyib və onları vurub. Hər iki şəxs hadisə yerində keçinib.

Məlumata görə, ölənlər 1 qız və 1 oğlan olub. Onların tələbə olduğu bildirilir. Hər iki şəxsin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayonu üzrə Şöbəsibə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

22:49

Bu gün yanan “EuroHome” tikinti materialları bazarının qarşısında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında yolu keçmək istəyən iki piyadanı maşın vurub. Onların hər ikisi vəfat edib.

Ölənlərdən birinin qadın, digərinin isə kişi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində meyitlərə baxış keçirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri