11 
Dek
2019
23:03
49
309
17952
Virtual karabakh

Bakı metrosunda qorxulu anlar: Bir nəfər relslərin üstünə düşdü - VİDEO

11 Dek, 2019
23:03
17952

Bakı metrosunda qorxulu anlar: Bir nəfər relslərin üstünə düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. 

“Qafqazinfo”nun məlumatına görə, naməlum şəxs metronun “Neftçilər” stansiyasında qatar yoluna atılıb. 

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb. 

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb: 

“Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb”. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri