12 
Dek
2019
11:55
112
17
3769
Virtual karabakh

Haluk Leventin Sura üçün verdiyi konsertdən nə qədər məbləğ yığılıb? - AÇIQLAMA

12 Dek, 2019
11:55
3769

Haluk Leventin Sura üçün verdiyi konsertdən nə qədər məbləğ yığılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur rok ifaçısı Haluk Leventin leykemiya xəstəsi olan  azərbaycanlı 22 yaşlı Sura Nadirova üçün Bakıda verdiyi konsertindən əldə olunan gəlir açıqlanıb.  

Müğənni “Nargis Fund”un dəstəyi ilə keçirilən konsertdən hazırlanan videoda konsertin uğurlu və gözləniləndən də yaxşı keçdiyini bilidirib:

“Sevgili azərbaycanlı dostlarım, konsert çox yaxşı keçdi. Bu konsert İstanbulda müalicə alan Sura qızımız üçün idi. Gələn həftə əməliyyatı olacaq. Bakını çox sevdim. Yaxın zamanda bir daha buraya gəlmək istəyirəm. Azərbaycan xalqına təşəkkür edirəm”.

Haluk Levent konsertdən öncə təşkil olunan mətbuat konfransında bu təşəbbüsün həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür iri miqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıdığını bildirib. İfaçı konsertdə satılan biletlərlə yanaşı, bir neçə xeyriyyəçi insan sayəsində Suranın əməliyyat olunacağını söyləyib.

“Nargis Fund”dan Oxu.Az-a bildirilib ki, konsertin bilet satışından əldə olunan gəlir 41 400 AZN olub.

Qeyd edək ki, 22 yaşlı Sura Nadirovanın müalicəsi üçün 400 min türk lirəsi (116.500 manat) lazımdır.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri