12 
Dek
2019
12:49
13
138
6567
Virtual karabakh

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

12 Dek, 2019
12:49
6567

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.

DİN-dən Oxu.Az-a bildirilib ki, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri