13 
Dek
2019
09:00
18
273
18867
Virtual karabakh

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi - VİDEO

13 Dek, 2019
09:00
18867

Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunda iki nəfər bıçaqlı şəxsin insanlara hücum etməsinin görüntüsü yayılıb.

Oxu.Az-ın xəbərinə görə, görüntülərdən aydın olur ki, Nizami küçəsində qeydə alınan hadisədə iki nəfər yarıçılpaq vəziyyətdə əvvəlcə insanları təhdid edir.

Onlar daha sonra əllərindəki bıçaqla ətrafdakılara hücum etməyə cəhd göstərirlər.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İki nəfər onları sakitləşdirməyə çalışan asayiş keşikçilərinə də hücum etmək istəyir. Bu zaman xuliqanlar bıçaqla özlərinə xəsarət yetirirlər.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri