13 
Dek
2019
18:07
18
260
2934
Virtual karabakh

Qubada məktəb binası yandı - FOTO

Qubada məktəbdə yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Tülər kəndindəki məktəb binasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikaları cəlb edilib.

Yanğın nəticədə məktəbin 250 kvadrat metr sahəsi və dam örtüyü yanıb.

Yanğın yanğınsöndürənlərin köməyi ilə məhdudlaşdırılıb və söndürülüb. 

Qeyd edək ki, yanğın hadisəsi baş verərkən məktəbin ikinci növbəsində II və III siniflərində təhsil alan 21 şagird təcili təxliyə olunub, heç bir uşaq xəsarət almayıb. Dərhal görülən tədbirlər nəticəsində məktəbin birinci mərtəbəsi yanğından mühafizə olunub. 

Bu məktəbdə təhsil alan şagirdlərin yaxınlıqdakı Aşağı Tüləkəran kənd tam orta məktəbiində tədrisə cəlb olunması nəzərdə tutulur.

Tülər kənd ümumi orta məktəbində 100  şagird təhsil alır, 16 müəllim və 8 texniki işçi çalışır.

Emin Xan, İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri