14 
Dek
2019
00:18
75
422
8613
Virtual karabakh

Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli oynadı - VİDEO

Bu gün keçirilən şəhid ailəsinin toy mərasimində ictimaiyyətin tanınmış simaları iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, aparıcı Elgiz Əkbər bu barədə “İnstagram” hesabında görüntü paylaşıb. Müdafiə Nazirliyinin zabit heyəti, sabiq deputatlar Hadi Rəcəbli, Hüseynbala Mirələmov, tanınmış vəkil Şəfiqə Nağıyeva, teleaparıcı Elgiz Əkbər və digər məşhur simalar bu şad gündə iştirak ediblər. Bəy və gəlin, zala Azərbaycan Dövlət Himninin sədaları altında daxil olub.

Toyu tanınmış müğənni Manaf Ağayev idarə edib.

Elgiz Əkbər qeyd edib ki, bəy atasını itirib və onun hər iki əmisi Qarabağ müharibəsində şəhid olub. Aparıcı toyda iştirak edənlərə xüsusi minnətdarlıq edib:

“Səsimizə səs verib toyda iştirak edənlərə, təşəkkür bildiririk”.

Həmin görüntüləri təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri