14 
Dek
2019
18:36
21
154
6250
Virtual karabakh

Bakıda bu ərazidə elektrik təchizatı dayandırıldı

14 Dek, 2019
18:36
6250

Bakıda bu ərazidə elektrik təchizatı dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq" ASC-i Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və 3-cü mikrorayon bazarı kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.  

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.  

O, qeyd edib ki, əraziyə elektrik enerjisinin verilişi dayandırılıb:  

“Baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında sözügedən ərazidə elektrik təchizatı dayandırılıb”.  

Xatırladaq ki, 3-cü mikrorayon bazarı kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.  

FHN-nin bu dəqiqəyə olan məlumatına görə, yanğın artıq söndürülüb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri